“Yuventus”un baş məşqçisi Tiaqo Motta postunu tərk edə bilər.
Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi italiyalı mütəxəssisin işini diqqətlə izləyir.
“Yuventus”un Çempionlar Liqasını iki oyunun nəticəsinə əsasən PSV-yə 3:4 (2:1; 1:3) məğlub olaraq tərk etməsindən sonra Mottanın klubdakı işi sual altına düşüb.
Turin komandası İtaliya A Seriyasında ilk dördlüyə düşə bilməsə, baş məşqçi istefaya göndəriləcək. O, 2024-cü ilin yayında “Yuventus”un baş məşqçisi vəzifəsinə keçib.
“Yuventus” 25 turdan sonra 46 xalla A Seriyasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Mottanın yetirmələri növbəti matçda İtaliya çempionatında “Kalyari” ilə qarşılaşacaq.

