18 milyon avroluq hücumçu ilə maraqlanır - “Milan”

29 Yanvar 2025 15:40 İtaliya 1 135
18 milyon avroluq hücumçu ilə maraqlanır - “Milan”

“Udineze”nin hücumçusu Lorenzo Lukka İtaliyanın başqa klubuna keçə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu “Milan”ın diqqətini çəkib.

Milan klubu Lorenzo üçün transfer təklifini nəzərdən keçirir. Onun bazar dəyəri 18 milyon avro qiymətləndirilir.

İtaliyalı forvard A Seriyasında cari mövsümdə 21 oyun keçirib, 8 qol vurub. Onun “Udineze” ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
12 Fevral 18:10 Çək və bizə göndər!
12 Fevral 03:20 Premyer Liqada 100-cü...