“İstedadı var, amma ümidləri doğrultmadı, səmərəliliyi ilə bağlı şübhələr var”

26 Yanvar 2025 00:10 İtaliya 750
“İstedadı var, amma ümidləri doğrultmadı, səmərəliliyi ilə bağlı şübhələr var”

“Milan”ın sabiq baş məşqçisi Fabio Kapello klubun mümkün transferi – portuqaliyalı hücumçu Joao Feliks haqda fikirlərini bölüşüb.

Sportinfo.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis “Milan”ın yeni baş məşqçisi Serjio Konseysaonun çətin xarakteri ilə seçilən futbolçunun öhdəsindən gələcəyinə ümid edir:

“Feliksin istedadı var, amma “Atletiko”da da ümidləri doğrultmadı. Onun sabitliyi və səmərəliliyi ilə bağlı şübhələr var.

Bununla belə, ümid edək ki, onu çoxdan tanıyan Konseysao ona özünü tapmağa kömək edəcək”.

Feliks hazırda “Çelsi”də çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti