İndi “Yuventus” da istəyir - “Barselona”nın müdafiəçisini

3 Yanvar 2025 00:20 İtaliya 1 048
İndi “Yuventus” da istəyir - “Barselona”nın müdafiəçisini

“Mançester Yunayted” və “Yuventus” “Barselona”nın 28 yaşlı müdafiəçisi Andreas Kristensenlə maraqlanır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Turin klubu danimarkalı futbolçuya fəal maraq göstərir, çünki onun iki müdafiəçisi – Qleyson Bremer və Xuan Kabal çarpaz bağların yırtılması səbəbindən mövsümün qalan hissəsini yaşıl meydanlardan kənarda keçirəcək.

Həmçinin, yanvarda Danilo “Yuventus”u tərk edə bilər.

Kristensen cari mövsümdə “Barselona”nın bir oyununda çıxış edib və həmin matçda daban vətərindən zədə alıb. Onun kataloniyalılarla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2