Gəl, müqaviləni uzat!

23 Dekabr 2024 22:00 İtaliya 728
Gəl, müqaviləni uzat!

“Yuventus”un yarımmüdafiəçisi Ueston Makkenni klubdan müqaviləsini uzatmaq təklifi alıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi artıq 26 yaşlı futbolçu ilə yeni müqavilənin danışıqlarına başlayıb.

Makkenniyə 2028 və daha sonra 2029-cu ilə qədər avtomatik uzadılması nəzərdə tutulan müqavilə təklif olunub. Onun “Yuventus”la hazırkı anlaşması 2026-cı ilin yayında başa çatacaq.

Amerikalı yarımmüdafiəçi cari mövsümdə Tiaqo Mottanın komandasında 17 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti