İspaniyadan 3 “müştəri”si var - “Yuventus”un yarımmüdafiəçisinin

22 Dekabr 2024 01:30 İtaliya 811
İspaniyadan 3 “müştəri”si var - “Yuventus”un yarımmüdafiəçisinin

“Yuventus”un yarımmüdafiəçisi Artur Melo qış transfer pəncərəsində komandasını dəyişə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu icarəyə götürülə bilər.

Melonun İspaniya La Liqasında oynamaq üçün bir neçə variantı var. Onunla “Betis”, “Valensiya” və “Vilyarreal” maraqlanır.

28 yaşlı oyunçu ötən mövsüm “Fiorentina”da çıxış edib. O, İtaliya çempionatında keçirdiyi 33 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO