Onun yerini “Barselona”nın keçmiş baş məşqçisi tutacaq - QOVULSA

19 Dekabr 2024 00:00 İtaliya 1 237
Onun yerini “Barselona”nın keçmiş baş məşqçisi tutacaq - QOVULSA

İspaniya mətbuatı əmindir ki, Paulo Fonseka “Milan”dan qovulsa, onun yerini “Barselona”nın keçmiş baş məşqçisi Xavi Hernandes tutacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə “Elnacional.cat” məlumat yayıb.

İspaniyalı çalışdırıcı artıq altı aydır ki, işsizdir. Xavi üçün “Barselona”da işləmək onun Avropa futbolunda ilk məşqçilik təcrübəsi olub.

“Milan” hazırda İtaliya çempionatının turnir cədvəlində 8-ci yeri tutur. Komanda növbəti turda dekabrın 20-də səfərdə “Verona” ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2