18 yaşlı müdafiəçinin indi o qədər elçisi var ki...

18 Dekabr 2024 10:20 İtaliya 1 080
18 yaşlı müdafiəçinin indi o qədər elçisi var ki...

“Palmeyras”ın müdafiəçisi Vitor Reis Avropanın daha bir klubunun maraq dairəsinə düşüb.

Sportinfo.az “GOAL Brasil”-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçuya iddialılar siyahısına “İnter” də qoşulub.

Milan klubu yüksəlişdə olan braziliyalı oyunçu uğrunda mübarizədə “Real”, “Arsenal” və “Çelsi” ilə rəqabət aparmağa hazırdır.

Lakin “Palmeyras” hazırda gənc futbolçusunu satmaq fikrində deyil.

Vitor Reis başa çatan Braziliya çempionatında 18 oyun keçirib, 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2