COP29

“Kimin daha yaxşı olduğunu söyləmək çətindir, amma birini seçsəm...” - Ronaldonu seçdi

6 Dekabr 2024 01:30 İtaliya 381
“Kimin daha yaxşı olduğunu söyləmək çətindir, amma birini seçsəm...” - Ronaldonu seçdi

İtaliya millisinin və “Yuventus”un sabiq müdafiəçisi Corco Kyellini Kriştiano Ronaldo ilə Lionel Messini müqayisə edib.

Sportinfo.az “Talksport”-a istinadən xəbər verir ki, kimin daha yaxşı olduğunu söyləməyin çətin olduğunu bildirən italiyalı sabiq futbolçu, Ronaldonu seçib:

“Kimin daha yaxşı olduğunu söyləmək çətindir: Messi və ya Ronaldo. Amma birini seçməli olsam, Kriştiano deyərdim.

Onunla “Yuventus”da oynamağı çox sevirdim. Mən Ronaldonun çətin vəziyyətlərdə öz mövqeyini necə yaxşılaşdırdığını gördüm”.

39 yaşlı portuqaliyalı hücumçu hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Argentinalı forvard Messi isə Amerikanın “İnter Mayami” klubunda oynayır.

Digər Xəbərlər
Xəbər Lenti