COP29

Futbolçusunu başqa klublara təklif etdi - “Yuventus”

21 Noyabr 2024 18:40 İtaliya 1 005
Futbolçusunu başqa klublara təklif etdi - “Yuventus”

İtaliya millisinin yarımmüdafiəçisi Nikolo Faqioli qış transfer pəncərəsində “Yuventus”u tərk edə bilər.

Sportinfo.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Turin klubunun yay kampaniyasından sonra transferlər etmək üçün pula ehtiyacı var.

Rəhbərlik Faqiolinin satışından yığılacaq pulla yeni futbolçular almağı planlaşdırır.

“Yuventus” artıq Faqiolini başqa klublara təklif etməyə başlayıb. Bu baxımdan İngiltərə Premyer Liqası klubları üstünlük təşkil edir.

23 yaşlı yarımmüdafiəçi cari mövsümdə A Seriyasında 9 matçda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Yanvar 18:10 Çək və bizə göndər!
21 Yanvar 11:20 O gün olsun ki…