Baş məşqçi vəzifəsindən istefa verdiyini rəsmən elan etdi

24 May 2024 00:10 İtaliya 747
Baş məşqçi vəzifəsindən istefa verdiyini rəsmən elan etdi

“Bolonya” Tiaqo Mottanın komandanın baş məşqçisi vəzifəsindən istefa verdiyini rəsmi olaraq açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin yeni klubu “Yuventus” olacaq. “Yuve” artıq Motta ilə danışıqları yekunlaşdırıb.

Turin klubu tezliklə yeni baş məşqçinin gəlişini rəsmən elan edəcək.

Mottanın “Yuventus”la müqaviləsi 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulub.

A Seriyasının son turu öncəsi “Bolonya” turnir cədvəlində üçüncü, “Yuventus” isə dördüncü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi