Almaniya millisinin veteran futbolçusu Jerom Boatenq Türkiyədə işləyəcək.
Sportinfo.az xəbər verir ki, 38 yaşlı məşqçi "Trabzonspor"un məşqçilər korpusuna daxil edilib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
O, Qaradəniz təmsilçisinin baş məşqçisi Tomas Reisin məşqçilər korpusunda yer alacaq.
Boatenq 2025-ci ildə aktiv futbolçu karyerasına yekun vurub.
Alman sabiq futbolçu əvvəllər "Bavariya"da məşqçi kimi fəaliyyət göstərib.
