Avro-2024-də iştirak etməyəcək - "Qalatasaray"ın futbolçusu

15 May 2024 21:40 İtaliya 1 025
Avro-2024-də iştirak etməyəcək -

Avro-2024 öncəsi İtaliya milli komandasının heyətində ciddi itki baş verib.

Sportinfo.az xəbər verir ki, icarə əsasında "Aston Villa"da çıxış edən Nikolo Zanyolo sıradan çıxıb.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi ayağından zədə alıb. O, Avropa çempionatında İtaliya yığmasına kömək edə bilməyəcək.

Nikolo Zanyolo "Qalatasaray"a məxsusdur. "Sarı-qırmızılar" futbolçunu mövsümün əvvəlində "Aston Villa"ya icarəyə verib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular
5 Sentyabr 23:40 Altı qol - VİDEO