Xviça Kvaratsxeliyanı satmaq istəmir - “Napoli”nin prezidenti

12 May 2024 20:25 İtaliya 704
Xviça Kvaratsxeliyanı satmaq istəmir - “Napoli”nin prezidenti

“Napoli”nin prezidenti Aurelio De Laurentis komandanın vingeri Xviça Kvaratsxeliyanı satmaq istəmir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, neapollular gürcü futbolçunun transferinə razı olmayacaqlar.

PSJ və İngiltərə çempionatının bir neçə klubu Kvaratsxeliyanın xidmətində maraqlıdır.

Xviça 2022-ci ilin yayından “Napoli”də çıxış edir. O, bu mövsüm 42 oyun keçirib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

Tərəflər arasında mövcud müqavilə 2027-ci ilin iyununda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular
5 Sentyabr 23:40 Altı qol - VİDEO