"Heç vaxt bəhanə gətirməmişəm, amma..."

2 May 2024 01:40 İtaliya 753
"Heç vaxt bəhanə gətirməmişəm, amma..."

İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon hansı oyunu təkrar keçirmək istədiyindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunları deyib:

“AÇ-2012-nin finalını İspaniya yığması ilə təkrar oynamaq istərdim. Həmin görüşdə İtaliya komandası belə nəticəyə layiq deyildi.

Heç vaxt bəhanə gətirməmişəm, amma həmin finalda komandamız çox yorğun idi. Əlavə bir gün istirahət etsəydik, hər şey başqa cür ola bilərdi”.

2012-ci il Avropa çempionatının finalında İtaliya millisi İspaniya yığmasına 0:4 hesabı ilə uduzub.

Buffon 2023-cü ildə futbolçu karyerasını sonlandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti