“O, “qızıl top”u qazanmaq istəyir, işlər yaxşı getməyəndə belə..."

28 Aprel 2024 20:25 İtaliya 865
“O, “qızıl top”u qazanmaq istəyir, işlər yaxşı getməyəndə belə..."

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandanın hücumçusu Duşan Vlahoviçin iddiaları haqda fikirlərini bölüşüb.

Sportinfo.az “Football İtalia”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, serbiyalı futbolçunun “qızıl top”u qazanmaq istədiyini bildirib:

“Duşan “qızıl top”u qazanmaq istəyir. Bu, futbolçu üçün tamamilə normal bir istəkdir.

Hər birimiz daha çox çalışmalıyıq. “Yuventus”a keçidindən sonra Vlahoviç ciddi şəkildə inkişaf etdi, işlər yaxşı getməyəndə belə, tarazlıq tapır. Mən onun üçün xoşbəxtəm”.

24 yaşlı hücumçu cari mövsümdə A Seriyasında 28 oyun keçirib, 16 qol vurub və 4 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti