Son çempion axtardığı hücumçunu bu ölkədə tapdı

22 Aprel 2024 00:20 İtaliya 756
Son çempion axtardığı hücumçunu bu ölkədə tapdı

"Napoli" heyətini yeni forvardla gücləndirməyi planlaşdırır.

Sportinfo.az "Tuttosport"a istinadən xəbər verir ki, son İtaliya çempionu "Lill"in hücumçusu Conatan Davidin transferini yekunlaşdırmaq üzrədir.

Tərəflər arasında razılıq əldə olunduğu bildirilir. Neapol klubunun kanadalı hücumçu ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.

David bu mövsüm "Lill"in heyətində 41 oyuna çıxıb, 23 qol vurub və 7 asist edib.

Forvardın Fransa klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular
5 Sentyabr 23:40 Altı qol - VİDEO