Pul ödəmədən aldığı hücumçu üçün 80 milyon avro istəyir

14 Aprel 2024 01:30 İtaliya 716
Pul ödəmədən aldığı hücumçu üçün 80 milyon avro istəyir

"İnter"in hücumçusu Markus Türam karyerasını ölkəsində davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçunun xidmətində PSJ maraqlıdır.

Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

Paris təmsilçisi yayda komandadan ayrılacağı gözlənilən Kilian Mbappenin yerini Türamla doldurmaq istəyir. İtaliya klubu 26 yaşlı forvard üçün 80 milyon avro tələb edir.

Markus Türam "İnter"ə mövsümün əvvəlində azad agent statusu ilə qoşulub.

Fransa millisinin üzvü Milan təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 12 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Fevral 18:10 Çək və bizə göndər!
14 Fevral 04:00 Kim daha çox qazanır?
14 Fevral 03:10 “Çətin komandadır”