"Mançester Yunayted"in müdafiəçisini transfer etmək istəyir

14 Aprel 2024 00:10 İtaliya 643
"Mançester Yunayted"in müdafiəçisini transfer etmək istəyir

"İnter" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Milan təmsilçisi "Mançester Yunayted"də çıxış edən Eron Uan-Bissakanı transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"İnter" "Mançester Yunayted"lə 1 illik müqaviləsi qalan 26 yaşlı sağ cinah müdafiəçisi üçün 13 milyon funt-sterlinqlik təklif göndərəcək.

"Mançester Yunayted" Eron Uan-Bissakanı 2019-cu ilin yayında "Kristal Pelas"dan transfer edib.

İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?