Məşhur klubun yeni baş məşqçisinin kimliyi bəlli oldu

10 Aprel 2024 18:20 İtaliya 862
Məşhur klubun yeni baş məşqçisinin kimliyi bəlli oldu

“Yuventus” rəhbərliyi Massimiliano Alleqrinin yerinə yeni baş məşqçi tapıb.

Sportinfo.az “Calciomercato”-ya istinadən xəbər verir ki, “Bolonya”nı çalışdıran Tiaqo Motta Turin təmsilçisinin yeni baş məşqçisi olacaq.

“Yuventus” İtaliya çempionatının turnir cədvəlində 31 oyundan sonra 62 xalla 3-cü pillədə qərarlaşıb.

41 yaşlı Motta “Bolonya”ya qədər “Spetsiya” və “Cenoa” komandalarını çalışdırıb. “Bolonya” Mottanın rəhbərliyi altında 31 matçda 58 xal toplayaraq A Seriyasının turnir cədvəlində 4-cü pillədə yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!