Gürcüstanlı qapıçı "Milan"ın hədəfində

31 Mart 2024 20:40 İtaliya 1 272
Gürcüstanlı qapıçı "Milan"ın hədəfində

"Milan" Gürcüstan millisinin və "Valensiya"nın qolkiperi Giorgi Mamardaşvilini heyətinə qatmağı planlaşdırır.

Sportinfo.az "Calciomercato"ya istinadən xəbər verir ki, "rossonyerlər" gürcünü transfer etmək üçün hərəkətə keçib.

İtaliya klubu bu keçidin yayda reallaşmasına çalışacaq.

"Milan"ın Mamardaşvili üçün 40-50 milyon avro ödəməli olacağı iddia edilir. Gürcüstan millisinin qolkiperi bu mövsüm bütün turnirlərdə 28 görüşdə meydana çıxıb. Onun "Valensiya" ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2