"Bu, karyeramın sonunda baş verdi və mən bundan həzz aldım"

31 Mart 2024 00:00 İtaliya 748
"Bu, karyeramın sonunda baş verdi və mən bundan həzz aldım"

“Yuventus”un sabiq futbolçusu Corco Kyellini İtaliya klubundakı ən yaxşı xatirəsindən danışıb.

Sportinfo.az xəbər verir ki, italiyalı keçmiş futbolçu “Yuventus”dakı son ev oyununun onun üçün unudulmaz olduğunu deyib:

“Yuventus”dakı ən yaxşı anım son ev oyunum idi. Təbii ki, çoxsaylı qələbələr istisna olmaqla.

Bu, karyeramın sonunda baş verdi və mən bundan həzz aldım. Uşaqlarım, ailəm orada idi və o gün mənim üçün həqiqətən unudulmaz oldu”.

Kyellini 2023-cü il dekabrın ortalarında futbolçu karyerasını başa vurub.

Peşəkar futbolla 23 il ərzində məşğul olan keçmiş müdafiəçi “Livorno”, “Fiorentina” və “Yuventus” kimi komandalarda çıxış edib. Onun son klubu “Los Anceles” olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyul 16:30 Çək və bizə göndər!
21 İyul 02:10 "Araz-Naxçıvan"dan 11:2