“Özümüzə həddən artıq güvənməməliyik, onlar çempion olmaq üçün yaradılıblar”

25 Mart 10:40 İtaliya 471
“Özümüzə həddən artıq güvənməməliyik, onlar çempion olmaq üçün yaradılıblar”

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti komandanın Şimali Amerikada keçiriləcək 2026-cı il dünya çempionatına qatılmasının vacibliyini qeyd edib.

Sportinfo.az xəbər verir ki, italiyalı məşqçi özlərinə həddən artıq güvənməməli olduqlarını bildirib:

“Biz 2026-cı il dünya çempionatını buraxa bilmərik. İtaliya futbolunun tarixi keyfiyyət tarixidir, ona görə də biz bu çempionatda iştirak etməliyik.

Bununla belə, özümüzə həddən artıq güvənməməliyik. İndi bütün komandalar güclüdür. Onlar çempion olmaq üçün yaradılıblar”.

İtaliya yığması son iki dünya çempionatını buraxıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"