8 milyon avroluq maaş təklifindən imtina eеdi - Daha çox istəyir

24 Mart 13:10 İtaliya 1 325
8 milyon avroluq maaş təklifindən imtina eеdi - Daha çox istəyir

“Yuventus”un hücumçusu Duşan Vlahoviç İtaliya klubunun təklif etdiyi, maaşı ildə 8 milyon avro ola biləcək yeni müqavilədən imtina edib.

Sportinfo.az xəbər verir ki, klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər olan serbiyalı futbolçu bu göstəricidə “İnter”in hücumçusu Lautaro Martineslə eyni olmaq üçün yenilənmiş müqaviləyə əsasən ildə 10 milyon avro qazanmaq istəyir.

“Yuventus”un bəzi rəhbərlərinin 24 yaşlı hücumçuya bu qədər pul ödəməyə qarşı olduğu vurğulanır.

Vlahoviç bu mövsüm bütün turnirlərdə 27 matçda iştirak edib, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!