Keçmiş baş məşqçisini geri qaytara bilər - “Yuventus”

22 Mart 2024 13:10 İtaliya 925
Keçmiş baş məşqçisini geri qaytara bilər - “Yuventus”

“Yuventus” rəhbərliyi mövsümün sonunda Antonio Konteni baş məşqçi postuna qaytarmaq variantını nəzərdən keçirir.

Sportinfo.az xəbər verir ki, “qoca sinyora” italiyalı mütəxəssisin mümkün qayıdışının bütün aspektlərini qiymətləndirib.

Lakin hazırda Konte “Yuventus”un hazırkı baş məşqçisi Massimiliano Alleqrini əvəzləmək üçün tək namizəd deyil.

Kontenin son iş yeri “Tottenhem” olub. İtaliyalı mütəxəssis 2021/23-cü illərdə İngiltərə komandasına rəhbərlik edib.

54 yaşlı məşqçi 2011/14-cü illərdə “Yuventus”u çalışdırıb.

Hazırda Turin komandası 29 oyunda topladığı 59 xalla A Seriyasının turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular