Paytaxt klubuna yeni baş məşqçi təyin olundu - Xorvatiyalı

19 Mart 2024 01:30 İtaliya 635
Paytaxt klubuna yeni baş məşqçi təyin olundu - Xorvatiyalı

İqor Tudor “Latsio”nun baş məşqçisi təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı mütəxəssis istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib. Tudorla imzalanan müqavilənin detalları açıqlanmayıb.

İqor Tudorun sonuncu iş yeri Marsel “Olimpik”i olub.

“Latsio” bu mövsüm A Seriyasının turnir cədvəlində 43 xalla 9-cu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti