Müvəqqəti baş məşqçi

14 Mart 2024 18:40 İtaliya 980
Müvəqqəti baş məşqçi

İtaliyalı mütəxəssis Mauritsio Sarrinin “Latsio”nun baş məşqçisi postundan istefa verdiyini xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı da məlumat yayıb.

Klub əldə olunan məqsədlərə və görülən işlərə görə Sarriyə təşəkkür edib, ona şəxsi və peşəkar uğurlar arzulayıb.

“Latsio” rəhbərliyi baş məşqçi postunu müvəqqəti olaraq Covanni Martuşelloya həvalə etmək qərarına gəldiyini də açıqlayıb. O, əvvəllər “Yuventus”da baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

“Latsio” son 4 matçda 4 məğlubiyyət alıb. Komanda A Seriyasında “Fiorentina” (1:2), “Milan” (0:1) və “Udineze”yə (1:2), Çempionlar Liqasında “Bayern”ə məğlub olub (0:3).

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular