“Şübhə etmirəm ki, bu komanda hamıdan üstündür, turnir cədvəli çox ədalətli görünür“

12 Mart 01:40 İtaliya 264
“Şübhə etmirəm ki, bu komanda hamıdan üstündür, turnir cədvəli çox ədalətli görünür“

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyasında “Yuventus”la heç-heçə etdikləri matçdan (2:2) sonra turnir cədvəlindəki durumu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, italiyalı məşqçi turnir cədvəlinin ədalətli göründüyünü bildirib:

“Şübhə etmirəm ki, “İnter” çempionatda hamıdan üstündür. Turnir cədvəli çox ədalətli görünür.

“Milan” və “Yuventus” mükəmməl komandalardır, güc baxımından bərabərdirlər”.

“İnter” A Seriyasında 28 turdan sonra 75 xal toplayaraq turnir cədvəlində 1-ci, “Milan” (59) 2-ci, “Yuventus” (58) isə 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"