“Qəribə hissdir, dörd qol vurursan, qalib gəlirsən, amma xoşbəxt deyilsən”

9 Mart 01:40 İtaliya 423
“Qəribə hissdir, dörd qol vurursan, qalib gəlirsən, amma xoşbəxt deyilsən”

“Milan”ın yarımmüdafiəçisi Ruben Loftus-Çik komandasının Avropa Liqasının 1/8 final mərhələsinin “Slaviya” ilə ilk oyunda qazandığı qələbəni şərh edib.

Sportinfo.az xəbər verir ki, ingiltərli futbolçu qol vurmaq üçün həmişə düzgün mövqedə olmağa çalışdığını söyləyib:

“Qəribə hissdir, dörd qol vurursan, qalib gəlirsən, amma xoşbəxt deyilsən. Daha yaxşı müdafiə olunmalı idik, çox qol buraxdıq.

Amma cavab matçında iki top fərqi bizə kömək edəcək.

Avropa Liqasında qələbə? Diqqətimizi cəmləməliyik, biz bunu bu gün etdik, çox irəlini düşünməməliyik.

Mənim məqsədim? Həmişə qol vurmaq üçün düzgün mövqedə olmağa çalışıram. Son oyunlarda bir neçə şansım olub, bu gün onlardan birini həyata keçirdim”.

Milanda baş tutan görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyunu Praqada, martın 14-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti