Tanınmış federasiya prezidenti dindirildi, maliyyə fırıldağı ilə bağlı araşdırma başladı

9 Mart 00:10 İtaliya 195
Tanınmış federasiya prezidenti dindirildi, maliyyə fırıldağı ilə bağlı araşdırma başladı

Roma prokurorluğu İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravinaya qarşı maliyyə fırıldağı ilə bağlı araşdırmalara başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “BFM TV” məlumat yayıb.

Cümə axşamı Qravinanın dindirilməsi təxminən bir saat davam edib.

Federasiya rəhbəri 2018-ci ildən Lega Pro kanalı (İtaliyanın üçüncü divizionu) üçün tenderi İsg Ginkoya verərkən mənimsəmə və çirkli pulların yuyulmasında şübhəli bilinir. Onun həbs edilməsi ehtimalı yüksəkdir.

Qeyd olunur ki, İtaliya hakimiyyəti onu rəsmi olaraq şübhəlilər siyahısına daxil edib. Qravina 2018-ci ilin oktyabrından İtaliya federasiyasına rəhbərlik edir.

2021-ci ilin aprelində o, həm də Avropa Futbol Assosiasiyaları İttifaqının vitse-prezidenti olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!