“Nəyisə riskə atmalı olacaqlar - Daha çox şey edə bilərdik”

8 Mart 2024 21:40 İtaliya 626
“Nəyisə riskə atmalı olacaqlar - Daha çox şey edə bilərdik”

“Milan”ın baş məşqçisi Stefano Pioli Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Slaviya” üzərində qazanılan qələbəni (4:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi ikinci hissədə futbolçularından daha çox şey gözlədiyini bildirib:

“1/8 finalı bizə lazım olan istiqamətə yönəltdik. Rəqib cavab oyununda nəyisə riskə atmalı olacaq.

Ancaq növbəti mərhələyə çıxmaq üçün hələ də mübarizə aparmalıyıq. Daha çox şey edə bilərdik,

ikinci hissədə futbolçulardan daha çox şey gözləyirdim. “Slaviya” yaxşı komandadır və cavab oyununda hücuma keçəcək”.

Cavab oyunu martın 14-də Praqada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti