"Bütün bunlar prosesin bir hissəsidir, böyümənin bir hissəsidir"

5 Mart 01:40 İtaliya 194
"Bütün bunlar prosesin bir hissəsidir, böyümənin bir hissəsidir"

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri komandasının İtaliya çempionatının 27-ci turunun matçında “Napoli”yə məğlubiyyətini (1:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, komandasının çıxışı haqda belə deyib:

“Uşaqlar yaxşı oynadılar, istifadə etmədiyimiz şanslarımız oldu.

Bütün bunlar prosesin bir hissəsidir, böyümənin bir hissəsidir, biz böyük matçlarda düzgün balans axtarırıq. Təcrübəsizliyimizi göstərdik”.

“Yuventus” 57 xalla A Seriyasının turnir cədvəlində ikincidir. Turin klubunun lider “İnter”lə arasındakı xal fərqi 12-dir.

Digər Xəbərlər
Xəbər Lenti