Sağ budundan zədə aldı - İki matçda forma geyinə bilməyəcək

28 Fevral 00:00 İtaliya 212
Sağ budundan zədə aldı - İki matçda forma geyinə bilməyəcək

“İnter”in türkiyali yarımmüdafiəçisi Hakan Çalhanoğlu iki matçda oynaya bilməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, buna səbəb futbolçunun sağ bud əzələsində zədə alması olub.

Belə ki, Türkiyəli yarımmüdafiəçi fevralın 28-də “Atalanta”, martın 4-də isə “Cenoa” ilə görüşlərdə çıxış edə bilməyəcək.

Çalhanoğlu bu mövsüm 30 matçda 11 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti