Yeni baş məşqçi gürcü haqda: “Utancaqdır və çox danışmır”

27 Fevral 10:00 İtaliya 307
Yeni baş məşqçi gürcü haqda: “Utancaqdır və çox danışmır”

“Napoli”nin yeni baş məşqçisi Françesko Kalzona komandanın vingeri Xviça Kvaratsxeliya haqda danışıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis 23 yaşlı gürcü futbolçunu tərifləyib:

“Xviça çox utancaqdır və çox danışmır. Bununla belə, o, çalışır və əminəm ki, tezliklə bizə fayda verəcək”.

Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir. O, bu mövsüm komandanın heyətində bütün yarışlarda 33 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti