“Napoli”yə yeni baş məşqçi təyin olunub.
Sportinfo.az xəbər verir ki, komandanın sabiq çalışdırıcsı Valter Matsarri istefaya göndərilib.
Onun yerinə Françesko Kalzona təyin edilib.
Kalzona əvvəllər “Napoli”də işləyib. O, Luçano Spallettinin köməkçisi, sonra isə texniki inkişaf üzrə məşqçi kimi çalışıb. Mütəxəssis Slovakiya millisinin də baş məşqçisi vəzifəsində qalacaq.
Slovakiya Azərbaycan millisinin Millətlər Liqasındakı rəqiblərindən biridir.
Kalzona bu mövsüm Neapol təmsilçisinin 3-cü baş məşqçisidir. Matsarridən əvvəl komandanı Rudi Qarsiya çalışdırırdı.