"Hazırda realist olmalıyıq, ikinci yeri saxlamaq üçün mübarizə aparmalıyıq”

20 Fevral 00:20 İtaliya 211
"Hazırda realist olmalıyıq, ikinci yeri saxlamaq üçün mübarizə aparmalıyıq”

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo A Seriyasının 25-ci turunda “Verona” ilə matçdakı heç-heçəni (2:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçu DAZN-a açıqlamasında komandasının ikincilik uğrunda mübarizə aparmalı olduğunu bildirib:

“Əlbəttə, biz daha çoxunu etməliydik. Amma son vaxtlar xeyli xal itirmişik.

Əvvəllər qol buraxmadığımız vaxtlarda mövcud olan birliyimizi yenidən kəşf etməliyik.

Hazırda realist olmalıyıq, “İnter” başqa səviyyədədir və ikinci yeri saxlamaq üçün mübarizə aparmalıyıq”.

“İnter” 63 xalla liderdir, “Yuventus” isə 54 xalla ikincidir.

Digər Xəbərlər
Xəbər Lenti