"Onu riskə atmaq axmaqlıq olardı, əks halda..."

19 Fevral 10:00 İtaliya 253
"Onu riskə atmaq axmaqlıq olardı, əks halda..."

“Napoli”nin baş məşqçisi Valter Matsarri Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə oyununda hücumçu Viktor Osimhenin iştirakı ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, o, nigeriyalı futbolçunun Kataloniya klubu ilə oyuna hazır olacağına umid edir:

“Biz Osimhenin Çempionlar Liqasında oynamağa hazır olacağına ümid edə bilərik, lakin onun oyunda iştirakı şübhə altındadır.

Həkimlərin dediyinə görə, o, hazır olmağa belə yaxın deyil, əzələ problemləri var. Afrika Kubokundan sonra onu riskə atmaq axmaqlıq olardı, əks halda, daha bir neçə ay yaşıl meydanlardan kənarda qala bilərdi.

O, bazar günü məşq edəcək və ümid edirik ki, “Barselona” ilə oyuna hazır olacaq”.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” ilə “Barselona” arasında ilk oyunu 21 fevralda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti