"Futbolu başa düşməyən insanlar tərəfindən qovulduğum üçün..."

19 Fevral 00:20 İtaliya 246
"Futbolu başa düşməyən insanlar tərəfindən qovulduğum üçün..."

“Roma”nın keçmiş baş məşqçisi Joze Mourinyo klubdan qovulması haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Roma” rəhbərliyini tənqid edib:

“Mən Avropa Liqasının pley-off mərhələsində təkcə “Roma”dan qovulduğum üçün deyil, futbolu ümumiyyətlə başa düşməyən insanlar tərəfindən qovulduğum üçün iştirak etmirəm”.

Mourinyo 2021-ci ilin yayından “Roma”ya rəhbərlik edirdi. O, ötən ay vəzifəsindən istefaya göndərilib.

61 yaşlı məşqçi “Roma”da işlədiyi müddətdə Konfrans Liqasının qalibi olub və eyni zamanda komandanı Avropa Liqasının finalına çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti