Qalmaqallı hücumçu milliyə qayıdır – 2018-ci ildən bəri ilk dəfə

25 Yanvar 2022 18:20 İtaliya 406
Qalmaqallı hücumçu milliyə qayıdır – 2018-ci ildən bəri ilk dəfə

"Adana Dəmirspor"un 31 yaşlı hücumçusu Mario Balotelli İtaliya millisinə qayıdır.

Sportinfo.az xəbər verir ki, İtaliya yığmasının baş məşqçisi Roberto Mançini qalmaqallı hücumçuya DÇ-2022-in seçmə mərhələsinin pley-off oyunları üçün dəvət göndərib.

Xatırladaq ki, Mario İtaliya millisində son oyununu 2018-ci ilin sentyabrında keçirib. Balotellinin "Adana Dəmirspor"la müqaviləsi 2024-cü ilə qədərdir. O, bu komandada 2021-ci ildən çıxış edir.

İtaliya pley-off mərhələsinin yarımfinalında Şimali Makedoniya ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti