“Roma” özbək futbolçuya görə milyonlar ödəməyə hazırdır

28 İyul 2021 15:20 İtaliya 965
“Roma” özbək futbolçuya görə milyonlar ödəməyə hazırdır

“Cenoa”nın hücumusu Eldor Şomurodov karyerasını “Roma”da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “Roma” özbəkistanlı üçün 15 milyon avro ödəməyə hazırdır.

Amma “Cenoa”nın 20 milyon avro tələb etdiyi bildirilir.

Şomurodov “Cenoa”ya 2020-ci ildə “Rostov”dan keçib. İtaliya klubu bu keçidə görə 7,5 milyon avro ödəmişdi.

26 yaşlı futbolçu ötən mövsüm A seriyasında 31 oyun keçirib, 8 qol vurub, 1 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!