“Yuventus” Pirlonu yola salır: Yeni baş məşqçinin adı

11 May 2021 18:20 İtaliya 1 694
“Yuventus” Pirlonu yola salır: Yeni baş məşqçinin adı

“Yuventus”un rəhbərliyi “Sassuolo” ilə oyundan əvvəl baş məşqçisi Andrea Pirlonu istefaya göndərəcək.

Sportinfo.az xəbər verir ki, artıq italiyalı mütəxəssisin istefası ilə bağlı qərar verilib.

Klub rəhbərliyi yeni baş məşqçinin kimliyi ilə bağlı məsələni də həll edib.

Mənbənin bildirdiyinə görə, A.Pirlodan sonra Turin klubuna xorvatiyalı mütəxəssis İqor Tudor rəhbərlik edəcək.

Hazırda “Yuventus” İtaliya çempionatında turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti