Avrokubok finalında uduzan baş məşqçi istefa verdi

4 İyun 2024 12:00 İtaliya 1 781
Avrokubok finalında uduzan baş məşqçi istefa verdi

“Fiorentina”nın baş məşqçisi Vinçentso İtalyano istefa verib.

ыЗЩКЕШТАЩ.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Mən fərqli və daha yaxşı insanları tərk edirəm. Bənövşəyi izdihamı həmişə ürəyimdə daşıyacam.

Yaxşı üç il keçirdik. Ayrılıq qərarımı açıqladıqdan sonra hamımız paltardəyişmə otağında ağlayırdıq. Mən hər şeyimi komandaya verdim”.

İtaliyalı mütəxəssis 2021-ci ilin iyun ayından bu komandanı çalışdırırdı.

“Fiorentina” 2023/24 mövsümündə A seriyasında 8-ci yeri tutub. Komanda Konfrans Liqasının finalında “Olimpiakos”a uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular
5 Sentyabr 23:40 Altı qol - VİDEO