"Özümü tək hiss etdim - Bu, bəhanə deyil, biz qış çempionuyuq"

24 Yanvar 2021 18:40 İtaliya 550
"Özümü tək hiss etdim - Bu, bəhanə deyil, biz qış çempionuyuq"

İtaliya A Seriyasının 19-cu turu çərçivəsində doğma meydanda “Atalanta”ya 0:3 hesabı ilə məğlub olan “Milan”ın hücumçusu Zlatan İbrahimoviç açıqlama verib.

Sportinfo.az xəbər verir ki, oyundan sonra “Sky Sport İtalia”ya danışan isveçli futbolçu məğlubiyyətlə bağlı bunları deyib:

“Bəzi futbolçularımız bu oyunda iştirak etmirdi, bəzilərinin isə oyun təcrübəsi az idi. Bu, bəhanə deyil.

Biz qış çempionuyuq, amma bu, mənim üçün nəsə ifadə etmir. İndiyədək yaxşı oyun sərgilədik. Artıq çətin dövr başlayır.

İlk hissədə meydanda özümü tək hiss etdim. Top məndə olanda mənimlə birlikdə oynayacaq birinə ehtiyacım var”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!