
“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi İsveçrənin “Luqano”nun hücumçusu Kristofer Lunqoyini transfer edib.
20 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
“Yuventus” Lunqoyinin transferinə görə “Luqano”ya 200 min avro ödəyib.