"Qarabağ"ın legioneri Redon Cica karyerasını Türkiyədə davam etdirə bilər.
"Ankaragücü" albaniyalı hücumçunu transfer etmək istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
I Liqa təmsilçisi Cica ilə razılıq əldə edib. İddia olunur ki, "Ankaragücü" Azərbaycan çempionu ilə təzminatla bağlı müzakirələr aparır.
"
Qarabağ"dan isə bu informasiya təsdiqlənmir. Klubdan redaksiyamıza verilən məlumata görə, "Ankaragücü"dən heç bir rəsmi təklif gəlməyib.
O da bildirilib ki, Qurban Qurbanovun albanın düşərgədə qalmasını istəyir Baş məşqçi Cica ilə bir müddət əvvəl bu barədə söhbət edib, ona güvəndiyini söyləyib.
"Qarabağ" Redon Cicanı 2023-cü ilin yanvar ayında "Tirana"dan transfer edib. 26 yaşlı forvard ötən mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ