“Barselona”dan zəng gələndə oğlumla qolf oynayırdım"

16 Aprel 00:00 İspaniya 438
“Barselona”dan zəng gələndə oğlumla qolf oynayırdım"

“Barselona”nın qapıçısı Voyçex Şesnı karyerasını bitirdikdən sonra Kataloniya klubundan necə təklif aldığını xatırladıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı futbolçu qalib gəlməyi sevdiyini bildirib:

“Bir neçə ay əvvəl mən sahildə idim! “Barselona”dan zəng gələndə oğlumla qolf oynayırdım… Və indi Avropanın ən yaxşı komandalarından birində futbol oynayıram.

Artıq təqaüdə çıxdıqdan sonra böyük titullar qazanmaq haqqında düşünə bilməzdim. Amma mən qalib gəlməyi sevirəm, qalib gəlmək istəyirəm”.

34 yaşlı qolkiper 2024-cü ilin oktyabrında “Barselona”ya keçib. O, bu müddət ərzində bütün turnirlərdə 22 oyun keçirib, 18 qol buraxıb və 12 matçda qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar