Millinin heyəti açıqlandı: “Real”dan heç kim yoxdur!

8 Noyabr 2024 18:20 İspaniya 1 357
Millinin heyəti açıqlandı: “Real”dan heç kim yoxdur!

İspaniya millisinin noyabrda keçiriləcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda “Real”ın heç bir oyunçusu yoxdur.

Məsələ burasındadır ki, bu, təəccüblü olmamalıdır. Çünki “kral klubu”nda indi legionerlər fərq yaradır və İspaniya millisinin üzvü Dani Karvahal da oktyabrda dizindən ciddi zədə alıb.

Baş məşqçi Luis de la Fuente İspaniya millisinin heyətinə bu futbolçuları dəvət edib:

Raya, Remiro, Sançes; Porro, Minqueza, Vivian, Emerik Laport, Pau Torres, Kukurella, Qrimaldo, Paredes; Merino, Martin Subimendi, Fabian Ruiz, Pedri, Dani Olmo, Baena, Kasado; Alvaro Morata, Lamin Yamal, Niko Uilyams, Pino, Mikel Oyarzabal, Ajose, Omorodion, Saraqosa.

İspaniya millisini qarşıda Danimarka (15 noyabr) və İsveçrə (18 noyabr) ilə Millətlər Liqası matçları gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”