
"Mançester Yunayted"in futbolçuları Kazemiro və Rafael Varan İspaniyaya qayıda bilərlər.
Sportinfo.az xəbər verir ki, hər iki oyunçunun xidmətində sabiq klubları olan "Real" maraqlıdır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Madrid təmsilçisi yayda keçmiş futbolçularını geri qaytarmaq üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.
Rafael Varan "Real"dan "Mançester Yunayted"də 2021-ci ilin yayında, Kazemiro isə 2022-ci ilin yayında transfer olunub.