“Barsa” 2 illik müqavilə ,illik 13 milyon avro maaş təklif edir

12 May 2022 10:20 İspaniya 714
“Barsa” 2 illik müqavilə ,illik 13 milyon avro maaş təklif edir

“Barselona” “Çelsi”nin müdafiəçisi Sesar Aspilikuetaya təklif göndərib.

Sportinfo.az xəbər verir ki, kataloniyalılar ispaniyalı futbolçunu bu yay transfer etməyi düşünürlər.

“Barsa” ona iki illik müqavilə və illik 13 milyon avro maaş təklif edir.

32 yaşlı futbolçu 2012-ci ilin yayından “Çelsi”də çıxış edir. O, bu mövsüm Premyer Liqada 24 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aspilikuetanın “Çelsi” ilə müqaviləsi bu yay başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti