"Barselona" ilə razılaşdı – “Çelsi”nin kapitanı

26 Yanvar 2022 10:00 İspaniya 575
"Barselona" ilə razılaşdı – “Çelsi”nin kapitanı

"Çelsi"nin kapitanı Sesar Aspilikueta karyerasını "Barselona"da davam etdirəcək .

Sportinfo.az xəbər verir ki, artıq tərəflər arasında bütün şərtlər razılaşdırılıb.

İspaniyalı ilə sonradan daha bir illik artırılmaqla 3 illik müqavilə bağlanacaq.

Aspilikuetanın “Çelsi” ilə müqaviləsi yayda başa çatır. London klubu ona yeni müqavilə təklif etsə də, “yox” cavabı alıb.

32 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 27 oyun keçirib və 3 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu